Salahdan ölkəsinin federasiyasına SƏRT REAKSİYA: “Bu, olduqca alçaldıcı hərəkətdir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu mövsüm performansı ilə nəfəs kəsən misirli ulduz
Məhəmməd Salahın fotosu Misir milli komandasına aid təyyarəyə
vurulub.

Publika.az xəbər verir ki, Misir Futbol
Federasiyası tərəfindən icazəsiz olaraq edilən bu jest millinin
futbolçusunu əsəbiləşdirib.

Reklam haqları başqa bir şirkətə aid olduğu üçün Salah
federasiyaya sərt reaksiya verib. Milyon dollarıq müqavilənin ləğv
edilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Salah tvitter hesabından
açıqlama verib. “Bu edilən şey son dərəcə alçaq hərəkətdir. Belə
bir mövzuda daha səviyyəli yanaşma olacağını düşünürdüm” -, Salah
qeyd edib.

Qeyd edək ki, Salahın reklam haqqı “Vodafone” şirkətinə aiddir.
Misir milli komandasının sponsoru isə “We” şirkətidir.

Yaşanan anlaşmazlıqla bağlı hüquqi çərçivədə prosesin
başladılacağı bildirilib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir