Ağsuda avtomobil aşdı, sürücü xəsarət aldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ağsu rayonunda bir nəfərin xəsarət alması ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən axşam saatlarında rayonun Çaparlı-Qiyaslı avtomobil
yolunda qeydə alınıb. Qaraqaşlı kənd sakini, 1975-ci il təvəllüdlü
Mustafayev Sənan Dədəxan oğlu idarə etdiyi “VAZ 2107” markalı minik
avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat
vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət aldığı üçün təcili yardım
stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına
çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma
aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp