“Melaniya Tramp Ağ Evdə əsir saxlanılır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fransa prezidenti Emmanuel Makronun 65 yaşlı xanımı
Bricit Makron ABŞ səfərindən sonra ölkəsinin “Paris’te Le Monde”
qəzetinin müsahibə verib.

Publika.az xəbər verir ki, Vaşinqtonda
keçirdiyi maraqlı anları bölüşən Fransanın birinci xanımı ABŞ-ın
birinci ledisi Melaniya Trampın gündəlik həyatından da danışıb.

Xanım Makron bildirir ki, Melaniya Tramp Ağ Evdə əsir, dustaq
kimi yaşayır:

“Melaniya Tramp Ağ Evdən kənara addımını da ata bilmir. Həbsxana
həyatı yaşayırmış kimidir. Hər şeyin qərarı verilib, o, sadəcə
yaşayır. Təhlükəsizlik xidməti ona nəfəs aldırmır. Həyatı
sərhədlənib. Məndən də çox sıxışdırılır. Rəsmən, heç bir şey etmir.
Yaşadığı yerdə pəncərə belə açmır. Açan kimi təhlükəsizlik xidməti
zəng edib bağlatdırır. Mən isə hər gün Parisdə küçəyə çıxıb
insanlar arasında gəzirəm”.

Melaniya Tramp ilə öz həyatını müqayisə edən Bricit Makron
Melaniyanın dözümlü, güclü qadın olduğunu deyib.

Qeyd edək ki, Sloveniya əsilli model Melaniya Tramp prezident
Donald ilə 2005-ci ildə ailə qurub.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir