FHN intihar etmək istəyən şəxsi xilas etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi
baş verib.

Publika.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli
yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş
etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər
tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd
etmək fikrindən daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp