Qlobal müharibənin AYAQ SƏSLƏRİ, Putinin adamından DƏHŞƏTLİ SSENARİ… – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri
keçirilib. Ermənistanın yeni prezidenti Armen Sarkisyan aprelin
9-da vəzifəsinin icrasına başlayıb. Suriya Duma şəhərində Bəşər
Əsəd rejiminin kimyəvi silah tətbiqi barədə iddialar və ardınca bu
ölkəyə raket zərbələri həftənin siyasi gündəminə damğa vurdu.
İsrail Suriyanın hökumət güclərinə məxsus aviabazaya raket
zərbələri endirib. ABŞ Rusiya barəsində yumşaq siyasətin bitdiyini
açıqlayıb. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı
Solsberidəki zəhərlənmə hadisəsi ilə bağlı hazırladığı hesabatını
açıqlayıb. Ukrayna MDB-dən çıxmaq qərarına gəlib.

Azərbaycan, Dağlıq Qarabağ

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri
keçirildi. MSK aprelin 12-də səsvermənin yekun nəticələri
açıqlayıb.
MSK-nın sədri Məzahir Pənahov bildirib ki,
5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən,
hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham
Əliyev səslərin 86,3 faizini toplayıb.

Ermənistan

Aprelin 9-da Ermənistanın yeni prezidenti Armen
Sarkisyan vəzifəsinin icrasına başlayıb.
Armen
Sarkisyanın inaqurasiyası Demirçiyan adına İrəvan İdman-konsert
kompleksində təşkil olunub.

Aprelin 14-də Ermənistan hakim Respublika
Partiyası Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli
sürüb.
Qərar partiyasının İdarə Şurası və İcraçı
orqanın toplantısında qəbul edilib.

Beləliklə, Respublika Partiyasının parlament fraksiyası aprelin
16-da Serj Sarkiyanın Ermənistanın baş nazir vəzifəsinə
namizədliyini rəsmən təqdim edəcək.

Qeyd edək ki, bununla da ölkə tam parlament idarə üsuluna keçib,
icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yeni konstitusiyaya
görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi
hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini,
daxili və xarici siyasətini icra edir. Baş nazir müharibə
şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.

Türkiyə, İran, Yaxın Şərq

Aprelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya 103
qanadlı raket atıb.
Rusiya Baş qərargahının
məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri
aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə
cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı,
həmçinin “Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi
bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil.
Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə
keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri
tapmayıblar.

Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə
yerində işə başlamalı idilər.

ABŞ öz müttəfiqləri ilə birlikdə BMT və beynəlxalq
hüququn nizamnaməsini pozub.
Bu haqda Rusiya
prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik
Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə
aviazərbələr endirib.

“Aprelin 14-də ABŞ öz müttəfiqlərinin dəstəyi ilə Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyası olmadan,
BMT nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinin pozulması ilə
suveren dövlətə qarşı təcavüz aktı həyata keçirib”, – Putin
bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyindən ABŞ, Fransa və
İngiltərənin Suriyaya raket zərbələri endirməsi ilə əlaqədar şərh
verib.
Nazirliyin bəyanatında əməliyyatın məmnuniyyətlə
qarşılandığı deyilir.

Türkiyənin xarici siyasət idarəsi Suriya rejiminin müharibə
cinayəti işlətdiyini və bunun cavabsız qalmamalı olmadığını
bildirib.

Aprelin 12-də Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon
söhbəti olub.
Liderlər Suriya böhranını müzakirə
ediblər.

Vaşinqton Ankaraya Rusiya istehsalı olan “S-400”
zenit-raket kompleksləri (ZRK) əldə etməməyi tövsiyə edir və
Türkiyəyə alternativ ZRK-lar təklif etməyə hazırdır.

Bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.

rayona fərqli, uyğunlaşmayan raketdən müdafiə sistemləri
gətirilir. Vaşinqton Ankara ilə danışıqlar aparır və NATO
standartlarına uyğun olan sistemlər təklif etməyə hazırdır”, – deyə
Mettis Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında
deyib.

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi
Vladimir Kojin isə S-400 zenit-raket komplekslərini Türkiyəyə
2019-cu ilin sonuna doğru çatdırılacağını bildirib.

Afrində vəziyyətin normallaşdırılmasının ən sadə
yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır.

Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada
keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında
müzakirə edilib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal
etmək istədiklərini bildirməyib”, – o bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu
yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı”
əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri
PKK/YPG terrorçularından təmizlənib.

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli bütün
təhdidlərə son qoyulana qədər Afrində qalacaqlarını
bildirib.
“Terror təhdidi bitəndən sonra Afrini
Suriyanın seçilmiş qanuni hökumətinə təhvil verəcəyik”, – o
deyib.

“Bu yanaşma çox yanlışdır. Biz Afrini kimə geri
verəcəyimizi çox yaxşı bilirik”.
Bu sözləri isə
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısındakı
çıxışında Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına cavab
olaraq deyib.

“Münbiç əməliyyatının ilk mərhələsi
başlayıb”.
Bunu Konyada keçirilən bir konfransda
təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib.

Mete Yarar Türkiyənin hazırda ölkə xaricində eyni vaxtda 3
əməliyyatı keçirdiyini vurğulayıb:

Terrorla mübarizə formatını yenidən hazırlayan
Türkiyə, həm daxildə, həm də sərhədlərindən kənarda PKK terror
təşkilatına ardıcıl zərbələr vurur.
“Haber7” saytının
baş redaktoru İbrahim Ərdoğana görə, Türkiyə Silahlı Qüvvələri
PKK-ya qarşı növbəti əməliyyata hazırlaşır.

Aprelin 10-da Rusiya BMT Təhlükəsizlik Şurasında
ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının
araşdırılmasının yeni mexanizminə dair qətnaməsini
bloklayıb.
TŞ-in 12 üzvü sənədi dəstəkləyib, Rusiya
(TŞ-in daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf
qalıb.

“Üçüncü dünya müharibəsi başlanarsa, ilk növbədə
Suriya zərbə altında qalacaq”.
Bu haqda “Oboz TV”-nin
efirində Ukraynanın Ekstremizm Tədqiqatları İnstitutunun direktor
müavini Boqdan Petrenko bildirib. Ekspert həmçinin qeyd edib ki,
Türkiyə Suriyada Rusiya və ABŞ arasında ehtimal olunan qarşıdurmaya
qarışmayacaq.

Daha əvvəl Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi
Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi Sergey Markov III Dünya müharibəsi
haqqında ssenarini verib.

Döyüş meydanında əldə etdiyimiz hər zəfərdən sonra
bəzi Qərb dövlətlərinin səsi yüksəlir və onlar hadisələrin gedişini
dəyişdirmək üçün müəyyən cəhdlər edirlər.
Bu sözləri
Suriya lideri Bəşər Əsəd deyib.

“Bu cəhdlər və ya hər hansı bir müdaxilə beynəlxalq sülh və
təhlükəsizliyi təhdid etməkdən, sabitliyi pozmaqdan başqa bir işə
yaramayacaq”, – Əsəd bildirib.

Müharibə istəmirik, amma buna hazırıq.
Bu sözləri Suriya lideri Bəşər Əsədin müşaviri Buseyna Şaban ABŞ-ın
Suriyaya gözlənilən hücumu ilə bağlı danışarkən deyib.

“Müharibənin qaydaları Dəməşqin lehinə dəyişdi. Hazırda biz
əvvəlki illərə nisbətən daha yaxşı formadayıq. Son günlər baş
verənlər psixoloji müharibədir. Qərb uğursuzluqlarını ört-basdır
etmək üçün güc nümayiş etdirmək istəyir”, – Şaban bildirib.

Suriyanın Xüms şəhərində hökumət güclərinə aid T-4
hərbi hava bazası aprelin 9-da raket hücumuna məruz
qalıb.
Bu haqda Suriyanın dövlət agentliyi olan SANA
məlumat yayıb.

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın aerodromuna
aviazərbələri İsrailin Hərbi Hava Qüvvələrinin endirdiyini
açıqlayıb.
“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15
təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz
idarə olunan raketlə zərbəni endirib”, – idarədən bildiriblər.

Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb
hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə
gücləri tərəfindən zərərsizləşdirilib. Hücum vaxtı Rusiya
məsləhətçilərinin zərər çəkmədiyi bildirilir.

İran bizi təhdid etsə, bunun qarşılığını Suriya
hökuməti ödəyəcək.
Bunu “Maariv” qəzetinə
müahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun
sözlərinə görə, İsrailə ediləcək istənilən hücumun qarşılığında
Suriya hökuməti xəritədən silinəcək və Bəşər Əsəd ortadan
qaldırılacaq:

“İranı belə bir şeylərə yol verməməsi üçün xəbərdar edirik. Ona
görə ki, İsrail bu yolu sonuna qədər gedəcək”.

Liberman İranın Suriyada hərbi mövcudluğunu artırmasını İsrail
üçün “edam kəndiri” adlandırıb.

İsrail Suriyanın hökumət güclərinə aid təyyarə
bazasına raket hücumuna görə cavab verməli olacaq.
Bu
haqda İranın ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər
üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

İran nüvə razılaşmasından çıxan ilk ölkə
olmayacaq.
Bunu İran Prezidenti Həsən Ruhani
deyib.

“Biz razılaşmanı pozan ilk ölkə olmayacağıq, ancaq əgər onlar
razılaşmanı pozsalar, peşman olacaqlar. Düşündüklərindən daha
hazırlıqlıyıq və bunu razılaşmanı pozandan sonra bir həftə ərzində
görəcəklər”, – deyə o bildirib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya nüvə silahlarını modernləşdirir, buna görə də
NATO nüvə müqavimətini gücləndirməlidir.
Bu sözləri
NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Soyuq müharibənin bitməsindən sonra nüvə müqavimətinin az
əhəmiyyətli olacağını düşünürdük, ancaq əslində daha vacib məsələyə
çevrildi. Rusiya kimi köhnə nüvə gücləri nüvə imkanlarını
modernləşdirir və bununla bağlı olaraq NATO-nun etibarlı və güclü
müqavimətini qoruyub saxlaması lazımdır. Əlbəttə ki, nüvə qüvvələri
bütün müttəfiqlər üçün etibarlı müqavimətin tərkib hissəsidir”, –
Stoltenberq bildirib.

ABŞ Konqresində Rusiyanın dövlət bankları və dövlət
borcuna qarşı sanksiyalar paketi hazırlanır.
Qanun
layihəsi Rusiyanın dövlət borcu ilə istənilən əməliyyatları
Amerikanın fiziki və hüquqi şəxsləri üçün tam qadağan edilməsini
nəzərdə tutur. Yeni sanksiyalar üzrə qanun layihəsinin müəllifləri
onu Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş
polkovnik Sergey Skripalın zəhərlənməsinə cavab adlandırıblar.

Sanksiyalara Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondunun
buraxdığı qiymətli kağızlarla bağlanan müqavilələr də düşə
bilər.

Vaşinqton həmçinin Rusiyanın “Sberbank”, VTB, “Qazprombank”,
“Bank Moskva”, “Rosselxozbank”, “Promsvyazbank” və “Vneşekonombank”
kimi banklarını da sanksiyaları məruz qoymağı planlaşdırır.

“Rusiya barəsində ABŞ-ın yumşaq siyasətinin vaxtı
keçdi”.
Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin
(MKİ) direktoru, dövlət katibi postuna namizəd Mayk Pompeo
bildirib.

“Rusiya təcavüzkar hərəkət etməyə davam edir. Uzun illər onun
barəsində aparılan yumşaq siyasət buna imkan yaradıb. Yumşaq
siyasət indi başa çatıb”, – o deyib.

MKİ-nin direktoru Rusiya diplomatlarının deportasiyası, Rusiyaya
qarşı sanksiyaları, Amerika ordusu və nüvə güclərinin
möhkəmləndirilməsi, Rusiyanın ekspansiyasına qarşı müqavimət
göstərən Ukrayna və Gürcüstanda “cəsarətli cavan insanların
silahlandırılması”nı Rusiya barəsində atılan addımlar olduğunu
deyib.

“Bu siyahı daha uzundur və mən əminəm ki, məndə ora əlavələrin
daxil edilməsi imkanı olacaq. Rusiya barəsində bizim diplomatik
səylərimiz mürəkkəb olacaq”, – Pompeo söyləyib.

Keçmiş casus Sergey Skripal və qızı Yuliya Skripal
“Noviçok” maddəsi ilə zəhərlənib.
Bu barədə Kimyəvi
Silahların Qadağan edilməsi Təşkilatının Solsberidə baş verən
hadisə ilə bağlı hazırladığı hesabatda deyilib.

Bununla da KSQT hadisə ilə bağlı Böyük Britaniyanın iddialarını
təsdiqləyib. Ekspertlər hadisənin baş verdiyi ərazidən zəhərləyici
hissəciklər aşkarlayıblar.

“Sergey Skripal, Boris Berezovski və Aleksandr
Litvinenko işləri bir ssenari üzrə açılır”.
Bu haqda
Rusiyanın baş prokurorunun müavini Saak Karapetyan bildirib.

ABŞ-ın dövlət katibi postuna namizədi Maykl Pompeo
qalmaqallı açıqlaması ilə gündəmə gəlib
.
Senat
qarşısında dindirilən M.Pompeo namizədliyi təsdiqlənərsə, ilk
növbədə Rusiya ilə ABŞ arasındakı məsələləri həll edəcəyini deyib:
“Türkiyənin Afrinə daxil olması üçlü zirvənin işini daha da
çətinləşdirib. Suriyanı paylaşmaq üçün dəfələrlə bir araya gələn
Rusiya, İran və Türkiyə yekun qərar qəbul edə bilmir. Biz Rusiyaya
qarşı sanksiyaları daha da sərtləşdirməliyik”.

Komitə qarşısında çıxış edən M.Pompeo qeyd edib ki, Rusiyanın
yeritdiyi ikili siyasəti onların özlərinə qarşı yeritmək
lazımdır.

Rusiya Dövlət Dumasına ABŞ-a və başqa dövlətlərə
qarşı cavab sanksiyaları haqqında qanun layihəsi daxil
olub.
Bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav
Volodin jurnalistlərə bildirib.

Ukrayna

Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar
tətbiq edəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko
bildirib.
“Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik
Xidməti, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurasına
müvafiq qərar layihəsinin hazırlanması üçün tapşırıq vermişəm.
Layihə yaxın vaxtlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının
iclasına çıxarılacaq və sanksiyalar tətbiq ediləcək. Onlar ABŞ
hökumətinin qərarı ilə maksimal sinxronlaşdırılacaq və sözsüz ki,
bu gün Rusiyada proseslərin əsas iştirakçısı olan cənab Deripaska
(biznesmen Oleq Deripaska – red.) və başqa oliqarxlar sanksiyalar
siyahısına daxil ediləcək”, – Poroşenko deyib.

Qeyd edək ki, ötən həftə ABŞ 24 Rusiya biznesmeni və məmuru,
həmçinin 15 şirkəti sanksiyalar siyahısına daxil edib.

Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər
Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq.
Bunu
Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda
çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin
üzvü olub.

“Rusiya ilhaq edilmiş Krımı hərbi bazaya çevirmək
üçün yarımadaya hərbi texnika cəmləyir”.
Bu haqda
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Aleksandr Turçinov ХІ təhlükəsizlik üzrə forumda bildirib.

Onun sözlərinə görə, Rusiya yalnız yarımadada mövcudluğunu
qorumağa hazırlaşmır.

“Yarımadada S-400 zenit-raket kompleksinin güclü raket
sistemləri yerləşdirilib. Onlar ölkəmizin istənilən nöqtəsində
təyyarələri vura bilər. Bu onu göstərir ki, Rusiya yalnız müdafiə
olunmaq üçün Krımda güclü hərbi potensialı hazırlamır”, – o
deyib.

Onun məlumatlarına görə, Krımda 30 minə qədər Rusiya hərbçisi
cəmlənib: “Krımda çox güclü hərbi potensial cəmləşdirilib. 22-ci
ordu korpusu Qara dəniz donanması və Rusiyanın hava güclərinin
bölmələrində 30 mindən çox hərbçi var”.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp