Prezidentin köməkçisi ATƏT-i İFŞA ETDİ: “Xahiş etmişdilər ki…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar
Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və
bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq
ortaya qoyur və ifşa edir.

Publika.az xəbər verir ki, bu sözləri
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə
köməkçisi-şöbə müdiri Novruz Məmmədov feysbuk hesabında yazıb.

N.Məmmədov bildirib ki, hesabatın əvvəldən hazır olması barədə
məlumatı olub.

“Hesabat əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də
çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya
üzvlərindən çatmışdı. Aramızda razılaşma olmuşdu. Xahiş etmişdilər
ki, adlarını gizli saxlayım. Həqiqətən də Müşahidə Missiyasının
bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə
saxlamaqla məşğul olublar. Missiyanın hesabatla razı olmayan
üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir