“Qarabağ” “Barselona”ya söz atıb “Roma”nı təbrik etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Qarabağ” Çempionlar Liqasınının qrup mərhələsində
rəqibi olmuş “Roma”nı yarımfinala yüksəlməsi münasibəti ilə təbrik
edib.

Publika.az xəbər verir ki, “ağ-qaralar” rəsmi
feysbuk hesabından yayımlanan təbrikdə “Barselona”ya söz göndərməyi
unutmayıb. “Bizi məğlub etmək “Barselona”nı udmaqdan çətindir.
Təbriklər əziz dostumuz, “Roma”.

Qeyd edək ki, ilk matçda “Barselona”ya səfərdə 1:4 hesabı ilə
uduzan “Roma” cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək
yarımfinala adını yazdırıb. İtalyanlar “Qarabağ”ın qapısına isə
səfərdə 2, evdə 1 qol vurmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir