Bu gün Azərbaycanda prezident seçkiləridir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Azərbaycanda prezident seçkiləri
keçirilir.

Bu il fevralın 5-də prezident İlham Əliyev Prezident
seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK)
Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin
11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş
qaydada keçirilməsini təmin etsin. Fevralın 6-da MSK-nın qərarına
əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin
edilib.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş
İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid
Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi
irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət
Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, “Cəbhəçilərin
təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli
sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası
tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun
prezidentliyə namizədliyi MSK-da qeydə alınıb.

Seçkiqabağı təşviqat martın 19-u başlayıb, aprelin 10-u saat
08.00-da dayandırılıb.

Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli
müşahidəçi akkreditə olunub.

“Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi,
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur
Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş
Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın
“Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində
“exit-poll” keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp