30 yaşayış məntəqəsinə 12,5 milyon manat ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan prezidenti İlham Əliyev əhalinin içməli su
ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, respublikanın 13
rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış
məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin
12,5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək
tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir