Qubada FACİƏ: 2 nəfər kanalda batdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Quba rayonu ərazisində iki nəfər su kanalında
batıb.

Publika.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu,
Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı
ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, Report kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab
Seyfulovun su kanalına düşən buzovu çıxartmaq istəyərkən
boğulduqlarını bildirib. Hazırda əraziyə Quba rayon Polis şöbəsinin
əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional
mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran
gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar
edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından,
kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir