Daha bir tikinti şirkəti ilə bağlı cinayət işi məhkəməyə göndərildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Xudafərin” MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət
işi başlanıb.

Şirkətin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov,
Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi
başlanıb.

Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində
göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə aprelin 13-də baxılacaq.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir