“Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram,
hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç
nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini
xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər
halda bir qədər uzaq durmağa çalışıram”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan
Prezidenti İlham ƏliyevRusiyanın TASS informasiya agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində
deyib.

İlham Əliyev Azərbaycan mətbəxindən bütün yeməkləri bəyəndiyini
bildirib:

“Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə
deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını
xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri
xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və
ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar
əsərləri ilə bizi sevindirir.

Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür
qayğısına görə ona çox təşəkkür edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp