Prezident yol tikintisinə 10 milyon manat ayırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev aprelin 5-də Şirvan-Salyan
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.

Publika.az-ın məlumatına görə, sərəncamla yüz iyirmi iki min
nəfərdən artıq əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən
Şirvan-Salyan avtomobil yolunun tikintisinin davam etdirilməsi
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10
milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir