“Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilən
torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox
yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox
yaxşı anladırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda
bildirib.

O qeyd edib ki, bütün sənədlərdə bu problemlə bağlı qəti şəkildə
qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir:
“Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal
altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll
edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun
yanındadır”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp