Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq.

Publika.az xəbər verir ki, bunu bu gün Ordubad
dəmir yolu stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov
bildirib.

Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı
şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər
aparılır. Bununla bağlı İran İslam prezidenti Həsən Ruhaninin
ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub.
C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450
kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18
saata qət olunacağını nəzərə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp