“Mehmetcik”lə bir neçə kilometr… – ABŞ-dan müharibə elanına bərabər HƏMLƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Suriyanın şimalında atdığı hər bir addım
ABŞ-Türkiyə hərbi qarşıdurmasını addım-addım
yaxınlaşdırır
.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, prezidentin Donald Tramp tərəfindən “yaxın
vaxtlarda Suriyadan çəkiləcəyik” şəklində bəyanatına baxmayaraq,
ABŞ YPG/PKK terror təşkilatının nəzarətində olan Münbiç mahalında
daha iki baza qurur.

Agentliyin Münbiçdəki etibarlı mənbələrdən aldığı məlumatlara
görə, ABŞ mahalın cənub-şərqində yerləşən Dadat kəndindəki müşahidə
məntəqəsini genişləndirərək oranı bazaya çevirir. Bura Türkiyə
hərbçiləri və Azad Suriya Ordusunun nəzarətində olan Cerablus
mahalı ilə Münbiç arasındakı sərhət xəttini təşkil edən Sacu
çayının 8 kilometrliyində yerləşir.

Digər baza isə sərhəd xəttindən 4 kilometr aralıda qurulur. Bura
tikintisi başa çatdırıldıqdan sonra Azad Suriya Ordusu və Türkiyə
hərbçilərinə ən yaxın məsafədə yerləşən ABŞ bazası olacaq.

Daha əvvəl isə bölgəyə təxminən 300 ABŞ əsgəri və zirehli
texnikanın olduğu hərbi kolonun gəldiyi barədə xəbər yayılıb.

YPG / PKK, DEAŞ-ın ABŞ-ın dəstəyi ilə 2016-cı ilin avqust ayında
DEAŞ-dan aldığı Hələbin Münbiç mahalını işğal etdi.

Qeyd edək ki, Hələb vilayətinə bağlı Münbiç mahalı 2016-cı ilin
avqustundan YPG/PKK terror təşkilatının işgalı altındadır.

İŞİD-lə mübarizə adı altında YPG/PKK terror təşkilatına
dəstəyini davam etdirən ABŞ Münbiçin təmizlənməsindən sonra mahala
nəzarətin oranın əhalisinə veriləcəyinə söz vermişdi. Lakin,
Türkiyənin bütün tələblərinə baxmayaraq, ABŞ terror təşkilatını
Münbiçdən çıxarmağa həvəsli görünmür.

Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan
israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir
neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnal verilib.
Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli
Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident
Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən
girə biləcəyini bəyan edib.

“Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq
doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində
aramızda müzakirə edirik”, – prezident əməliyyatın qaçılmaz olduğu
mesajını verib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin
Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas
mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə
xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən
çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun “anlayış” içində
olduğunu söyləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın “Finansial Tayms” nəşri ABŞ-ın
Suriyada sərgilədiyi mövqeyin artıq davam etdirilə bilməyəcəyi
barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD/YPG
terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa
hərbi qarşıdurmaya səbəb ola bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə
qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə
səbəb ola bilər”, – “Financial Times” mümkün müharibəni
proqnozlaşdırıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp