Gəncədə özünü yandıran 18 yaşlı oğlan xəstəxanada öldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gəncə şəhərində özünü yandıraraq intihara cəhd edən
yerli sakin xəstəxanada keçinib.

Hadisə martın 29-u gecə saatlarında baş verib.

2000-ci il təvəllüdlü Gəncə şəhər sakini Süleymani Əli Fərhad
oğlu özünü küçədə yandıraraq son dərəcədə ağır yanıq xəsarətləri
ilə xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində həkimlərin
göstərdikləri səylərə baxmayaraq, o, aprelin 3-ü dünyasını
dəyişib.

Gəncin hansı səbəbdən intihar etməsi isə hələlik məlum
deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir