Ermənistanın bir neçə saatlıq BLEFİ, müharibə elanına bərabər HƏMLƏ… – GÜNÜN SİYASİ XÜLASƏSİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyanın növbəti silah partiyasının alınması üçün
Ermənistana faizsiz kredit verəcəyi barədə xəbər yayılıb. Rusiya
prezidenti Türkiyəyə səfər edib. Pentaqon və Ağ Ev Suriyaya 2
minlik yeni qüvvənin göndərilməsini müzakirə edir. ABŞ BMT
Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və şəffaf istintaqın
aparılması ilə bağlı qərarına veto qoyub. Moskva Qərbdə Rusiya
diplomatlarının ixtisarını məqsədyönlü zərbə adlandırıb. Qərbi
Saxara bölgəsində hər an döyüşlər başlaya bilər.

Rusiya növbəti silah partiyasının alınması üçün
Ermənistana faizsiz kredit verəcək.
Bu haqda
Ermənistanın “Jamanak” qəzetinin mənbələri bildirirlər.

Onların sözlərinə görə, Rusiya Ermənistana silah almaq üçün
üçüncü kreditini verməyə hazırlaşır.

“Əvvəlkilərdən fərqli olaraq, növbəti Rusiya krediti faizsiz
olacaq və kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər”
taktiki-raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrdə
yerləşdirilməsi nəzərdə tutulur”, – qəzet yazıb.

Bu informasiyanı Ermənistan Müdafiə Nazirliyi
“Sputnik” agentliyi təkzib etməyib.
Amma məsələ
burasındadır ki, Ermənistanın “Yerkramas” nəşrinin hərbi mənbələri
“İsgəndər” raketlərinin alınması versiyasını təsdiq etməyiblər.

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər
edib.
Səfər çərçivəsində Türkiyənin Mersin
vilayətində “Akkuyu” atom elektrik stansiyasının (AES) təməlqoyma
mərasimi keçirilib.

Trend-in məlumatına görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb
Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə
iştirak ediblər. Türkiyə və RF hökumətləri arasında “Akkuyu” AES-in
tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Atom Enerjisi Agentliyi AES-in
birinci blokunun tikintisinə lisenziya verib.

Ankarada Türkiyə və Rusiya Baş qərargah başçıları –
Hulusi Akar və Valeri Gerasimov arasında görüş
keçirilib.
Bu haqda Türkiyə Baş qərargahının
xəbərində deyilir.

Görüşdə müzakirə olunan mövzular haqqında məlumat
verilməyib.

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev
Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə
edir.
CNN-nin Pentaqon üzrə müxbiri Barbara Star
ordudakı mənbələrinə istinadən bildirib.

Məsələ bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasında gündəmə
gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl
Suriyadan tezliklə çəkiləcəyini bildirib. Lakin Dövlət Departamenti
mövzu ilə əlaqədar məlumat olmadığını açıqlayıb. KİV-in yazdığına
görə, Trampın bəyanatı Pentaqonda çaşqınlıq yaradıb.

ABŞ-ın Suriyanın şimalında atdığı hər bir addım
ABŞ-Türkiyə hərbi qarşıdurmasını addım-addım
yaxınlaşdırır.
Prezident Donald Tramp tərəfindən
“yaxın vaxtlarda Suriyadan çəkiləcəyik” şəklində bəyanatına
baxmayaraq, ABŞ YPG/PKK terror təşkilatının nəzarətində olan Münbiç
mahalında daha iki baza qurur.

Agentliyin Münbiçdəki etibarlı mənbələrdən aldığı məlumatlara
görə, ABŞ mahalın cənub-şərqində yerləşən Dadat kəndindəki müşahidə
məntəqəsini genişləndirərək oranı bazaya çevirir. Bura Türkiyə
hərbçiləri və Azad Suriya Ordusunun nəzarətində olan Cerablus
mahalı ilə Münbiç arasındakı sərhət xəttini təşkil edən Sacu
çayının 8 kilometrliyində yerləşir.

Digər baza isə sərhəd xəttindən 4 kilometr aralıda qurulur. Bura
tikintisi başa çatdırıldıqdan sonra Azad Suriya Ordusu və Türkiyə
hərbçilərinə ən yaxın məsafədə yerləşən ABŞ bazası olacaq.

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və
şəffaf istintaqın aparılması ilə bağlı qərarına veto
qoyub.
Perunun BMT yanında daimi nümayəndəsi Qustavo
Meza Cuadra qeyd edib ki, ABŞ-ın TŞ-nin verdiyi qərarı qəbul
etməməsi səbəbindən Qəzzada istintaq işinin aparılması üçün qətnamə
qəbul edilməsi mümkün olmayıb.

Qeyd edək ki, İsrail Qəzzada fələstinlilərə qarşı güc tətbiq
edərək ən azı 16 nəfərin həyatına son qoyub, 1500 sivil vətəndaş
yaralanıb.

Qərbi Saxara bölgəsində hər an döyüşlər başlaya
bilər.
Bu haqda Mərakeşin Birləşmiş Millətlər
Təşkilatındakı (BMT) daimi nümayəndəsi Ömər Hilal xəbərdarlıq
edib.

O, BMT-nin baş katibi Antonio Guterresə müraciətində qeyd edib
ki, Polisario Cəbhəsi son günlərdə Qərbi Saxarada sərhəd
pozuntuları edir. Diplomat bunları “təxribat” olaraq xarakterizə
edib.

Qeyd edilir ki, Əlcəzair sərhədlərindəki Tenduf qaçqın
düşərgəsində yerləşən Polisario Cəbhəsinin şərq sərhədlərindən
Mərakeşə doğru edəcəyi hər cür siyasi, hərbi və ya mülki hərəkətlər
döyüşə səbəb ola bilər.

Qərbdə Rusiya diplomatlarının ixtisarı məqsədyönlü
zərbədir.
Bu haqda Rusiyanın Xarici İşlər
Nazirliyinin başçının müavini Aleksandr Qruşko “Valday” diskusiya
klubunda çıxışı zamanı bildirb.

O, Rusiya diplomatlarının deportasiyasını “beynəlxalq
münasibətlərdə faciə” adlandırıb. Diplomatın sözlərinə görə,
beynəlxalq cəmiyyət ciddi çağırışla üzləşib, çünki beynəlxalq
münasibətlərdə xüsusi rol oynayan sfera zərbəyə məruz qalıb.

“Bu, əsrlərdir formalaşan diplomatik mexanizmlərdir”, – Xarici
İşlər Nazirliyinin başçının müavini qeyd edib.

Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin
destabilizasiyası üçün “Troya” gizli əməliyyatı
hazırlayıb.
Bu haqda Böyük Britaniyanın “The Times”
nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi”
yazıb.

Məruzə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav
Surkovun elektron poçtunun məktublarından informasiyanın itkiləri
əsasında hazırlanıb. Beləliklə, Ukraynanın daha bir regionunun
Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılıb.

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan keçmiş
deputatı Aleksey Muratov əməliyyatın müəllifi idi.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp