Biləsuvarda xalça istehsalı emalatxanası tikiləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Biləsuvar rayonunda xalça
istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun
yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd
olunur ki, Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının
tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun
yaradılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar
tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon
manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp