Uşağı varlı şəxs kimi yetişdirməyin ÜSULLARI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Rockefeller & Co.” şirkətinin başçısı Devid
Rokfeller uşaqları gələcəkdə zəngin şəxsiyyət kimi yetişdirib,
həyatda layiqli yerini tutmağın üsullarını açıqlayıb.

Publika.az tarixin ilk dollar milyarderi Con
Rofellerin nəticəsi olan kiçik Devid Rokfeller bu fikirlərini
təqdim edir:

Devid ilk dəfə dünya mediasının diqqətini öz üzərinə çəkərək,
varlanmağın yollarını açıqlayıb. Milyarderin fikrincə, bu
məsləhətlər istənilən maddi durumda olan ailələrin işinə yarayacaq.
Con Rokfeller “Standart Oil” şirkətini 1870-ci ildə qurub. Həmin
vaxtdan uzun müddət keçməsinə baxmayaraq, ailə öz kapitalını nəinki
stabil saxlamağı hətta özərinə böyük sərmayə qoymağı bacarıb. Bu
gün Rokfeller ailəsinin 170 davamçısı var. “Forbes” jurnalına görə,
onların ümumi kapitalı 11 milyard dollar məbləğındədir.

Devidin sözlərinə görə, bu bir sıra ailə prinsiplərindən
qaynaqlanan keyfiyyətdir.

Ailə görüşləri

Rokfeller ailəsinin bütün üzvləri mütləq ildə iki dəfə görüşüb,
birgə zaman keçirməlidirlər. Bu görüşlərə heç bir Rokfellerin
gəlməmək hüququ yoxdur. Həmçinin ailəyəməxsus internet forumunda 21
yaşdan yuxarı olan bütün Rokfellerlər iştirak edir. Bizneslə bağlı
bütünmühüm qərarlar verilir.

Ailənin tarixi

Devid ulu babasının övladları ilə birgə yaşadığı evə hələdə
tez-tez getdiyini vurğulayır. Ailəmizə aid bütün dəyərləri həreydən
üstün tutur, ən xırda detalı belə qoruyub, saxlayırıq.

Ailə monopoliyasının olmaması

1911-ci ildə ABŞ hökuməti ailədən şirkəti daha kiçik firmalara
bölməyi tələb etdi. Məhz bu addımdan sonra ailənin sərvəti nəinki
daha da artmağa başladı, həmçinin ailə üzvləri arasında münaqişə
təhlükəsinə son qoydu.

Xeyriyyəçilik

Devid Rokfellerin sözünə görə, ailənin ən böyük sirlərindən biri
də uşaqlara erkən yaşda aşılanan xeyriyyəçilik keyfiyyətidir.
“Yaxşı xatırlayıram, 10 yaşım vardı, məktəb xərcliyimi xeyriyyəyə
xərclədim” deyə Rokfeller bu addımın önəmindən bəhs edib. Bugün
ailənin qurduğu bir neçə xeyriyyə fondu fəaliyyət göstərir ki,
onlara da 5milyard dollar sərmayə ayrılıb.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp