“Quyruq yağını əridib içən insanlar…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyəli professor Canan Karatay çay və fındığın insan
sağlamlığı üçün çox faydalı olduğunu bildirib.

Publika.az xəbər verir ki, daxili xəstəliklər
üzrə həkim, kardioloq Rəcəb Tayyib Ərdoğan Universiteti
tələbələrinin iştirak etdiyi “Özünə yaxşı bax” verilişinin qonağı
olub.

Canan Karatay yaz və yay aylarında sağlam qidalanma ilə bağlı
tövsiyələri verib:

“Qara Dəniz insanı bol-bol avropa ançousu (hamsi balığı) yeyir,
amma qızardır. Qızartmayın dedikdə hirslənirlər, qeyd etməliyəm ki,
bu balığı qızardanda sağlamlıq üçün təhlükəli olur. Qızartma
kanserogen və təhlükədir. Hamsinin hər növünü yeyə bilərsiniz. Kərə
yağını səhər-axşam yemək olar. Səhər-axşam əridib için. Fındıq, çay
çox faydalı qidalardır. Yaz və yay aylarında fındıq yeyib, şəkərsiz
tez-tez çay için. Fındıqla fıstıq təbiətin həm mineralı, həm
vitamini, həm karbohidratı, həm omeqa3 anbarıdır, həm də qan
yaradır və orqanizmi isidir.

Şəkərsiz çay isə bədəni gümrah saxlayır. Çünki tərkibi ən güclü
antioksidantla zəngindir. Odur ki, çay içmək orqanizm üçün
faydalıdır”.

Quyruq yağını əridib içənlər 95 yaşına qədər
yaşayır!

Bütün Anadoluda səhər və günortalar qovurma yemək mədəniyyətinin
olduğunu xatırladan Karatay sözlərinə belə davam edib:

“Qovurmanı quyruq yağı ilə birlikdə yeməlisiniz. Bu zaman bədən
də gümrah olur, rahatlıqla dağa çıxıb qalxa bilərsiniz. Yumurta
sarısı ilə bərabər və bol kərə yağında bişirilməlidir. Anadoluda
quyruq yağını əridib içmək ədətdir və buna görə də orada insanlar
90-95 yaşına qədər yaşayır. Deyirlər ki, yağ ürək xəstəliyinə səbəb
olur. Bəs hansı yağlardan söhbət gedir? Trans və ya marqarin
dediyimiz yağlar əlbəttə ki, təhlükəlidir. Axı illərdir əsrlərdir
ki, yediyimiz kənd kərə yağları nə üçün təhlükəli olsun?”.

C.Karatay Qaradəniz havasının təmiz olduğuna da diqqət
çəkib:

“Qara dənizin təbiəti çox gözəldir. Əkinçiliklə məşğul olan
insanlar üçün qırmızı kələm, brokkoli və hamsi balığı çox mühüm
qidalardır. Bu qidalar onlara enerji verir ki, ağır yükü dağlara
qalxanda daşıya bilsinlər. Qırmızı kələm orqanizmin qocalma
prosesini ləngidir və yaşlanmanı gecikdirir”.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp