Dənizkənarı ərazilərdə simsiz rabitə istifadəyə verilir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz
rabitə (LTE – Long Term Evolution) texnologiyasını istifadəyə
verilir.

Publika.az xəbər verir ki, “Bakı Telefon Rabitəsi”
MMC (Baktelecom) ilkin mərhələdə rabitə infrastrukturunun məhdud
olduğu ərazilərdə əhalinin genişzolaqlı telekommunikasiya
xidmətləri ilə təmin edilməsinə başlayıb. Bundan başqa “Baktelecom”
tərəfindən mərhələli şəkildə paytaxtın bir sıra ətraf bölgələrində,
yaşayış massivlərində yeni stansiyalar qurulur.

Layihə çərçivəsində “LTE” şəbəkəsinin baza stansiyalarının
sayının artması yay mövsümündə həmin ərazilərdə vətəndaşların
telekommunikasiya xidmətləri ilə təmin olunmasına şərait yaradacaq.
“LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon,
internet və digər multimedia xidmətlərindən istifadə etmək istəyən
vətəndaşlar bu funksiyaları dəstəkləyən smartfonlar və mobil
qurğular əldə etməlidir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir