Qazax Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılmasına 14,6 milyon manatı ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi
Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd
edilir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə)
tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş
məbləğin 14,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək, Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən
məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp