Ceyranbatan su anbarının statusu dəyişdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ceyranbatan su anbarının statusu dəyişib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları
Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər
haqqında” qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər Ceyranbatan su anbarından müvafiq olaraq, “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron
magistral kanalı vasitəsilə suvarma üçün götürdüyü suyun dəyərini
Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə
ödəyiblər. Dəyişikliyə əsasən bundan sonra sudan ödənişli istifadə
qaydaları təsdiq edilənədək, Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı
istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən
suyun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə topdansatış tarifi Tarif
(qiymət) Şurası tərəfindən əvvəlki tarif nəzərə alınmaqla təsdiq
ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp