Zakir Həsənov Türkiyədə rəsmi səfərdədir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə
Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə
martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

MN-dən Publika.aza verilən məlumata görə,
səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət
strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə
tutulub.

Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli
görüşündə iştirakı planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir