Azərbaycanda seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan
veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq
olub.

Publika.az xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov,
nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
iştirak ediblər.

M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident
seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki
məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.

Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin
edilməsidir:

“Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki
məntəqələrinin artıq 20 faizində – 1000 seçki məntəqəsində kamera
quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin
bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet
istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin
gedişini canlı izləyə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir