Aprel üsyanı və Sarkisyan ailəsini…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı
qədər gərgin və təhlükəlidir. Bu gün bizdə qanuni hökumət və
prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən
və təhlükəlidir”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın
“Birinci informasiya” xəbər saytının müxbiri ilə söhbətində
Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan
bildirib.

Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında
çox ciddi toqquşma var. Qriqoryan qeyd edir ki, toqquşmanın əsas
səbəbi ondan ibarətdir ki, “ölkənin prezidenti adlandırılan şəxs”
daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib.

“Anqlosakslar Ermənistana öz nümayəndəsini (Ermənistanın yeni
prezidenti seçilən Armen Sarkisyan Ermənistanın Böyük Britaniyadakı
səfiri olub –red.) göndərdilər və bizim daxili həyatımıza yalnız
Birləşmiş Ştatlar deyil, həm də Böyük Britaniya qarışmağa başladı.
Baş nazir Karen Karapetyan Moskvanı təmsil edir. Ermənistanın
daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını
görə bilmir. Əgər belə davam edəcəksə, bizim gələcəyimiz çox
təhlükəlidir. Parlamentdə baş verənlərdə böyük təhlükələri görürəm.
Dəqiqdir ki, Karen Karapetyan vəziyyətdən çıxa bilməyəcək, amma
problem Karen Karapetyan deyil, hədəfi yalnız baş nazir postu olan
Serj Sarkisyandır. Bu hədəfin yalnız bir izahı var: ona baş nazir
olmaq imkanlarını, özü və ailəsini xilas etmək üçün lazımdır. Bütün
dünyanın erməni cəmiyyəti bu haqda qəzəblə danışır. Serj Sarkisyan
öz sözünün sahibi olardısa, bu qəzəb və gərginlik bir qədər yumşala
bilərdi”, – o bildirib.

Aşot Qriqoryan qeyd edir ki, hakimiyyət daxilində çox ciddi
mübarizə gedir. O, Ermənistanın ətrafında qərbyönümlü güclərlə
deyil, qərbyönümlü güclər arasında mübarizənin getdiyini
bildirib.

Forumun rəhbəri Ermənistanda anti-rus əhval-ruhiyyələrin heç
vaxt belə səviyyədə olmadığını vurğulayıb: “Bu gün hətta Rusiya və
rusiyayönlü xadimlərə qarşı bizim siyasətçilərimizin analizi
məntiqsizlik həddinə çatır. Mütləq razılıq yoxdur və əgər belə
davam edəcəksə, ciddi üsyanlar mümkündür”.

Erməni müxalif, siyasi məhbus Jirayr Sefilyanın çağırışı ilə
forlamalaşdırılmış “Vətəndaş müqaviləsi” cəbhəsinin Serj
Sarkisyanın baş nazir olmasına imkan verməyəcəyi barədə bəyantına
gəlincə, onun sözlərinə görə, bu güclər böyük işlər görmək
vəziyyətində deyillər. Amma, Aşot Qriqoryan qeyd edir ki, ölkənin
daxilində partlayış təhlükəsi olan vəziyyətə əsaslanaraq, hamını öz
çətiri altına toplaya biləcək üçüncü gücün ortaya çıxacağını
əminliklə söyləmək olar.

“Ola bilər, Sarkisyan baş nazir olmaq niyyətindən imtina edəcək.
Amma bu hansı güclər olacaq? Təəssüf ki, bu, xarici güclər olacaq.
Ermənistan xarici güclər üçün şəxsi maraqlarının reallaşdırması
üçün səhnə olub. Düşünürəm ki, indi məxfi razılaşmalar var və bütün
tərəflər toqquşmalar nəticəsində Ermənistanda qələbəyə hazırlaşır.
Mən dərindən əminəm ki, baş nazir seçkilərində böyük toqquşmalar
baş verəcək”.

Qeyd edək ki, Ermənistanın yeni prezidenti aprelin 9-da
səlahiyyətlərin icrasına başlayacaq. Həmin gün hökumət istefaya
gedəcək və hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti
başa çatacaq.

Serj Sarkisyan və Karen Karapetyan yeni baş nazir postuna əsas
namizədlər hesab edilir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir