Xanımları cavanlaşdıracaq, təbii tərkibli PAESE Azərbaycanda – BİR İLK



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Avropa istehsalı olan “PAESE” – təbii tərkibli peşəkar
dekorativ kosmetika brendidir. Brendin nadir formulu və xassələri
ilə tanınan məhsulları artıq Avropanın bir çox ölkələrini fəth edib
və indi təbii gözəlliyin fəlsəfəsinə töhfə vermək üçün Azərbaycan
bazarına gəlib.

Sözügedən brendin meneceri Lalə Əliyeva Publika.az-a bu
kosmetika məhsulları haqqında geniş məlumat verib.

Lalə xanım, “PAESE” sözünün mənasını
açıqlayardınız.

– “PAESE” italyan sözü olub, mənası gözəl
qadınlar ölkəsi deməkdir.

“PAESE” dekorativ kosmetika brendi harada istehsal
olunur və onu başqalarından fərqləndirən başlıca xüsusiyyəti
nədir?

– Almaniya, İtaliya və Polşanın müştərək istehsalı olan
kosmetika brendi “PAESE” 8 aydır ki, Azərbaycan
xanımlarının ixtiyarına verilib. “PAESE”
Azərbaycandan savayı 30 ölkədə satışı həyata keçirilir. O,
Azərbaycan bazarında yeni olsa da, artıq xanımlarımız arasında
sevilən və tələbat görən brendlər sırasına daxil olub. Qısa zamanda
sevilməsinin və tələbat görməsinin səbəbi odur ki, qadınlarımız bu
kosmetika ilə çox təbii nəticələr əldə edir.
“PAESE” yaradıcılarının devizi də sağlam qadın və
sağlam gözəllikdir. Sağlamlıq və gözəllik məfhumunu bir-birindən
ayırmırıq.

Brend nə zaman yaranıb?

– 6 ildir fəaliyyət göstərir. Bununla belə
“PAESE” barmaqla sayılacaq qədər az brendlər
siyahısındadır ki, qulluq və dekorativ kosmetikanı bir məhsulda
birləşdirib.

Yəni, bu brend qadınları həm gözəlləşdirir, həm
qüsurları örtür, həm də dəri üçün faydalıdır?

– Bəli, məhsullar bitki mənşəlidir, tərkibinin 60-80%-i (bu
məhsula görə dəyişir bu nisbət) natural komponentlərdən ibarətdir.
Rənglər, piqmentasiya, parıltı və məhsuldakı hər bir çalar təbiətdə
olan elementlərdən əldə edilib. Onlar “PAESE” laboratoriyalarında
xüsusi reseptlər vasitəsilə əldə olunur ki, insan sağlamlığına,
dəqiq desək, qadınların dərisinə daha az zərər versin və təbii
məhsullar ortaya çıxsın.

Bu gün satışda olan kosmetika brendlərinin tərkibinə təbii
komponentlər daxil deyil. Onlara istifadə müddətini artırmaq üçün
paroben, müxtəlif kimyəvi maddələr və başqa qatqılar əlavə edilir.
Bizdə isə “No paraben” gedir və allergiya yaratmır. Məhsulların
təmizliyindən, həmçinin dəridə heç bir qızartı və qaşınma
yaratmacayağından əminik. Odur ki, bəzən onları test etməyə ehtiyac
duymadan müştəriyə təqdim edə bilirik. “PAESE”
kosmetikalarını hətta lazer epilyasiyasından sonra da tətbiq etmək
olar. Bizim məhsullarda paroben olmadığı üçün tonal kremlərin
istifadə müddəti 1 il, tuşların isə 6 aydır.

Məhsulların qalıcılığı haqqında nə deyə
bilərsiniz?

– Baxmayaraq ki, məhsulların tərkibini təbii komponentlər təşkil
edir, “PAESE” peşəkar kosmetika brendi sayılır, örtücülüyü və
qalıcılığı güclüdür. Məhsulların 8-10 saat qalıcılığı var, üzdə
hiss olunmaz dərəcədə yüngül duruşu və təbii görünüşü ilə seçilir.
Son nəticədə hər şey var, amma sanki heç nə yoxdur effektli makiyaj
əldə edirsiniz.

Məhsullardakı əsas komponentlər nədən
ibarətdir?

– Arqan, şi, gənəgərçək və düyü yağı, düyü və arı mumu, mirvari
tozu, baykal təkkəsi bitkisi, alo vera, B- pantrnol, vitamin
kompleksi və s.

Bəs “PAESE” firması dəriyə zərər verən hansı
elementlərdən imtina edib?

– Paroben, alkoqol, ətir və s.

Dodaq boyalarının qalma müddəti xanımları qane
edir?

– Bu il mat dodaq boyaları dəbdədir. Onlar 8-12 saata qədər
dodaqda qalır və dodaqları qurutmur, çatlatmır. Müştərilərimiz çox
razıdır.

Tonal kremləri 8-12 saata qədər qalıcılığa malikdir. Başqa
markanın tonal kremlərindən fərqli olaraq bizim məhsullar dəridə
ağırlıq yaratmır, üzün T nahiyəsini yağlandırmır.

Ümumilikdə məhsullar dərinizə stress və ağırlıq vermədən
məsamələri tutmadan nəfəs almağa imkan verir, bu da qadınlara
komfort hissi yaşadır. Qadınlar bir çox kosmetika brendindən əldə
edə bilmədikləri rahatlıq hissini bizim məhsullarda tapır. Bu
səbəbdən “PAESE” seçənlərin sayı günbəgün artır. Artıq qulluq üçün
dekorativ kosmetikanı silməyə tələsməyə də ehtiyac qalmır. Çünki o
dəriyə zərər vermir. Dekorativ kosmetikanın içindəki elementlər
dərini nəmləndirir, qidalandırır. Beləliklə də dəri canlanır, öz
təbii parlaqlığını itirmir, əksinə ilk istifadədən fərqi hiss
olunur.

Kostemikaların piqmentasiyası da yüksəkdir, dəridə dərhal
oturur.

Mineral kirşanlarımızın tərkibi zəngindir, talk yoxdur. Toz
kirşanlar Aralıq dənizin müalicəvi palçığından əldə olunur. Onlar
həm antibakterial, həm də hipoallergikdir.

Ənliklərin və pomadaların tərkibində arqan yağı var. Natural
effekt almaq üçün çox əlverişlidir, üzdə təbii görünür.

Lakların isə dırnaqlarda qalıcılıq müddəti bir həftədir.

Sirr deyil ki, azərbaycanlı xanımlar
bəzənib-düzənməyi, çox makiyaj etməyi sevir. Onların təbii tərkibli
məhsullara marağı hansı səviyyədədir?

– Cəmi 7 aydır fəaliyyətə başladığımızı nəzərə alsaq, olduqca
yüksəkdir. Xanımlar kosmetikaya pul verəndə istəyir ki, keyfiyyətli
və faydalı olsun. Müştəriləri birinci məhsulların tərkibi ilə tanış
edirik. Onda maraqları daha da artır. Bizim marka haqqında
eşitməyən xanımlar tanışlıq üçün sadəcə bir məhsul alır. Amma o
məhsulun keyfiyyətini bəyəndiyi üçün yenidən bizə müraciət edir və
bir neçə çeşid seçir. Bu da onu göstərir ki, brend özünü
təsdiqləyib.

“PEASE”in digər üstünlüyü ondadır ki, biz münasib qiymətə yüksək
keyfiyyət təqdim edirik. Baha qiymətə yaxşı məhsul almaq çox
asandır, amma münasib qiymətə razı qalacağımız kosmetika almaq
çətin məsələdir.

İstehsal olunan kosmetikalar ilk növbədə heyvanlar
üzərində sınaqdan keçirilir. “PAESE” firması da öz məhsullarını
heyvanlar üzərində sınayır?

– Xeyr, bizim başqa bir devizimiz elə bu mövzudadır. İnstaqram
səhifəmizə daxil olsanız, görərsiniz ki, orada dovşan şəkli var.
“PAESE” məhsullarının tərkibi təmiz olduğu üçün
heyvanlar üzərində testə gərək yoxdur.

– “PAESE”-in təbii bitki yağılarının faydaları
nələrdir?

– Xanımlar makiyajın dəridə yaxşı qalması üçün
nəmləndiricilərdən əvvəl yağ damcılarından istifadə edir. Lakin
çoxları bilmir ki, yağları dəri tipinə görə seçmək lazımdır.
Məsələn, quru dəri tipinə aid olan xanımlara baobab yağı
uyğundur.

Arqan yağı çoxdan məşhurdur, baobab, tamonno və infa inic yağı
isə ilk dəfədir ki, Azərbaycana gətirilib. Son üç növü Afrikada
bitən ağacın meyvələrindən əldə edilir. Bu ağaclar ildə bir neçə kq
məhsul verir, yağlar onların tumlarının sıxılmasından
hazırlanır.

Fikrimiz var ki, gələcəkdə bu yağların satışını apteklərdə də
həyata keçirək. Çünki yağlarımız gələn kimi bitir. Bu yağlardan
bir-iki damcı tonal kremlə qarışdıraraq da istifadə etmək olar.
Dəriyə çox gözəl effekt verir.

Hillarion turşusu isə sırf qırışlara aradan qaldırmaq üçündür.
Onun istifadəsi 30 yaşdan yuxarıdır. Məşhur kosmetoloqlar da
məsləhət görür ki, hillarion turşusunu 30 yaşdan sonra istifadə
etsinlər. Yeri gəlmişkən, bu turşu uşaqların bədənində çox olur. Bu
səbəbdən də uşaqların dərisi elastik, hamar və qüsursuz lur. Yaşa
dolduqca bədənimizdə hillarion turşusunun səviyyəsi aşağı düşür.
Onu “PAESE”-inhillarion turşusu əlavələri ilə
qoruya bilərik.

Ən çox satılan kosmetik məhsul hansıdır?

– Bizim bestsellerimiz “Long Cover Fluid” tonal kremləridir.
Dəridə 12 saat qalan bu kremlərin tərkibi A, C və E vitaminləri ilə
zəngindir, həmçinin kifayət qədər örtücüdür. 3,5 yarım örtücü
olmasına baxmayaraq, çox natural makiyaj etmək olar.

“Drop fix” dodaq və göz kölgəsi bazası tanınmış stilist Elnur
Hüseynovun sevdiyi məhsuldur. Bu baza su ilə çıxmayan, xüsusi
vasitə ilə təmizləmədiyiniz təqdirdə günlərlə qalma gücünə
sahibdir.

Bu gün Azərbaycanda çoxlu sayda kosmetika firmalarının
məhsulları satılır. Sizcə, bu bazarda onları ötə
biləcəksiniz?

– İlk növbədə hər kəsə öz işində uğurlar arzu edirəm. Lakin onu
da qeyd etməliyəm ki, keyfiyyət baxımından “PAESE”
digər markalardan çox üstündür. Bitki tərkibli peşəkar və dekorativ
kosmetikalar Azərbaycanda yox idi. “PAESE” bu
baxımdan ölkəmizdə ilkdir, odur ki, uğur qazanacağımıza şübhə
etmirəm.

Müsahibə üçün çox sağ olun, Lalə xanım. Xanımlarımızın
qayğısına qalıb onları təbii tərkibli və ziyansız məhsullarla tanış
etdiyiniz üçün təşəkkür edirəm. Sizə işlərinizdə bol şans və
Azərbaycanda kosmetika bazarında birincilərdən olmağı
arzulayıram.

– Təşəkkür edirəm.

Aytən,

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp