Putin yanğında ölənlərə görə matəm elan etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezidenti Vladimir Putin Kemerovda ticarət
mərkəzində baş verən yanğınla əlaqədar martın 28-də birgünlük matəm
elan edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda
Kreml mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Kemerovda martın 25-də dördmərtəbəli ticarət
mərkəzində yanğın baş verib. 64 nəfər faciənin qurbanı olub.
Xəstəxanalarda 13 zərərçəkmiş qalır.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp