III Dünya müharibəsi bu ölkələr arasında və belə başlayacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

III Dünya müharibəsinin nə zaman və necə başlayacağı
məşhur fransalı öncəgörən Nostradamusun “Les Propheties”
(Peyğəmbərlər) kitabında bəhs edilən ən diqqət çəkən
öncəgörmələrdən biridir.

Publika.az xəbər verir ki, Nostradamus bu
öncəgörməsində III Dünya Müharibəsinin 2018-ci ildə başlayacağını
bildirib.

Məşhur öncəgörənin ən önəmli proqnozu növbəti cahan
müharibəsinin Fransa ilə Almaniya arasında başlayacağıdır.
Kitabında III Dünya Müharibəsini açıqladığı belə bir cümlə qeyd
edib: “Dünyanın iki böyük gücü arasında bir savaş çıxacaq və 27 il
davam edəcək”.

Bəzi teoriyaçılar isə Nostradamusun bu proqnozuna qarşı bəhs
edilən müharibənin Çin, Rusiya, Şimali Koreya ittifaqı ilə ABŞ
arasında baş verəcəyini iddia edir. Onun dediyinə görə, müharibə
əsnasında yaşanacağı təxmin edilən daha bir böyük böhran isə
varlıların ölüb, daha sonra dirilməsidir.

Nostradamus 2018-ci ildə ABŞ-da böyük fəlakətlərin yaşanacağını
təxmin edib. Onun sözlərinə görə, ABŞ-ın qərbində böyük bir zəlzələ
meydana gələcək və bu zəlzələ qlobal səviyyədə fəlakətlər
doğuracaq.

Maraqlıdır ki, Amerika geoloji Araşdırmalar Qurumu bu proqnozu
hələ 2016-cı ildə təsdiq edib. Qurum Kaskasiya Dalma Zonunda
seysmik fəaliyyətlərin olduğunu aşkarlayıb. Mütəxəssislər də
Kaliforniya çatlağı üzərində yerləşən həmin bölgədə uzun müddətdir
ki, zəlzələnin olmadığına diqqət çəkib.

Nostradamus İtaliyada yerləşən Vezuvi vulkanının fəaliyyətə
keçəcəyini və Yer səthini hər beş dəqiqədən bir silkələyəcəyini,
bunun nəticəsində 6000 insanın məhv olacağını deyib.

Onun proqnozlarına görə, 2018-c ildə Yer kürəsinə böyük bir
kosmik cisim çırpılacaq. Kitabda bu proqnozla bağlı belə bir cümlə
yer alıb:

“Göy üzündə görünəcək bir quyruqlu ulduz (meteorit) özü ilə
böyük fəlakətlər gətirəcək. Nüvə, terror və ya təbii fəlakət
planeti məhv edəcək”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp