Aygün Kazımovadan Röya Ayxan və Tünzalə Ağayevaya GÖZLƏNİLMƏZ ADDIM – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xalq artisti Aygün Kazımova küsülü olduğu həmkarları
Röya Ayxan və Tünzalə Ağayeva ilə arxiv görüntülərini
paylaşıb.

Publika.az xəbər verir ki, xalq artisti
tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum gününü sosial şəbəkə
vasitəsilə təbrik edib. A.Kazımova instaqramda 2002-ci ildə, 5
Mayda Heydər Əliyev sarayında baş tutan “Gələrsiz, görərsiniz” adlı
konsertindən kadrlar paylaşıb. Bu kadrlarda müğənninin danışmadığı
əməkdar artistlər Röya Ayxan və Tünzalə Ağayeva da var. Bu, onu
göstərir ki, hər zaman gənclərə dəstək olan Aygün Kazımova o
zamanlarda hələ səhnəyə yenicə addımlarını atan Tünzalə Ağayeva,
Natavan Həbibi, Elnarə Xəlilova və Röya Ayxana öz konsertlərində
yer ayırıb.

Xalq artisti bu jesti ilə həmkarlarına barışıq addımı kimi
qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp