Rusiyada FACİƏ: 37 ölü, 40-dan çox yaralı, itkin düşənlər də var



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyanın Kemerovo şəhərindəki dördmərtəbəli “Qış
albalısı” ticarət mərkəzində yanğın baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən batut zalında
başlayıb.

Hadisə nəticəsində 37 nəfər ölüb. 40-dan çox yaralı var. 20
nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir.
Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin
düşüb.

Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident
V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb.

Ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.

İnsidentin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir