Feyk xəbərlər yayan KİV-lər cəzalandırılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Malayziya hökuməti feyk xəbərlər yayan kütləvi
informasiya vasitələrinin cəzalandırılmasını nəzərdə tutan qanun
layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Publika.az xəbər verir ki, qanun layihəsi qəbul
ediləcəyi təqdirdə feyk xəbərlər yayan jurnalistlər ya cərimə
ediləcək, ya da 10 il müddətinə azadlıqdan məhrum olunacaqlar.

Ölkənin Baş naziri Nəcib Razakın dəftərxanasının təqdim etdiyi
qanun layihəsindən sitat gətirən nəşr yazır: “Feyk xəbərlərin
yayılması qlobal problemə çevrilib və cəmiyyətə çox mənfi təsir
göstərir”.

Məhkəmənin qərarına əsasən yalan məlumat ləğv edilməli, onu
yayan media orqanı və ya sosial şəbəkə isə bununla bağlı təkzib
yerləşdirməlidir. Bununla yanaşı, həmin məlumatı yaradan, təklif
edən, ictimailəşdirən, yayan, nəşr edən, başqasına ötürən şəxs 10
il müddətinə azadlıqdan məhrum ediləcək və ya 500 min Malayziya
rinqiti (təqribən 168 min dollar) məbləğində cərimə olunacaq.

Nəşrin yaydığı məlumatda bildirilir ki, qanun layihəsi Nazirlər
Kabineti tərəfindən ötən həftə bəyənilib və martın 26-da
parlamentin müzakirəsinə çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir