Stress nəticəsində keçəl qalan qız indi saçları ilə pul qazanır – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

18 yaşında keçirdiyi xəstəlik nəticəsində keçəl qalan
rusiyalı model Anastasiya indi gur saçları ilə hər kəsi heyrətə
salır.

Publika.az xəbər verir ki, 18 yaşında
androgenetik alopesi diaqnozu qoyulan gənc qızın keçirtdiyi
stressdən sonra saçı tökülüb və keçəl qalıb. Müalicələrin sayəsində
gur saçlarına qovuşan qız şampun hazırda reklamlarının ulduzu
olub.

23 yaşlı modelin indi uzunluğu 1.60 sm olan sağlam və gur
saçları var.

O, instaqram səhifəsində etiraf edib ki, yetkinlik dövründə
stress keçirib və keçəl qalıb. Anastasiya hər gün Omeqa 3 və D
vitamini qəbul edib.

Rusiyalı model bildirib ki, saçları uzanmağa başlayanda isə
onları yuduqdan sonra saç qurudan fenlə qurulayıb.

Güclü saçlara sahib olmağın sirlərini 238.000 abunəçisi ilə
bölüşməyə davam edən Anastasiya hazırda bu yolla pul qazanır. O,
sosial media üzərindən adambaşı 54 funt sterlinq qarşılığında güclü
saçlara sahib olmaq üçün məsləhətlər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp