Bakının avtomobil bazarında qiymətlər düşdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018-ci ilin fevralında Bakının avtomobil bazarında orta
qiymət 22 208 manata bərabər olub.

Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət
İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ayla müqayisədə bazarda orta qiymətlər
1,83 faiz azalıb.

Ekspert qeyd edib ki, bu ilin fevralında ümumilikdə 2 163
avtmobil satışa çıxarılıb:

“Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 7
faiz artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi – 88,2
faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan
avtomobillərin orta qiyməti 21 343 manat təşkil edib. Dizel
mühərrikli avtomobillərin payı 11,8 faizə bərabər olub. Bu
avtomobillərin orta qiyməti 28 682 manat olub. Bazarda avtomatik
ötürücülər qutusu ilə avtomobillərin payı 64,4 faiz təşkil edib,
orta qiyməti isə 29 669 manata bərabər olub. Mexaniki ötürücülər
qutusu ilə avtomobillərin bazarda payı isə 35,6 faiz, orta qiyməti
8 709 manat olub”.

N.İbrahimov bildirib ki, 2018-ci ilun fevralında bazarda
avtomobillərin orta yürüş məsafəsi təxminən 182,17 min kilometr
təşkil edib. Bu rəqəm bir ay ərzində 2,9 faiz azalıb.
Avtomobillərin orta yaşı 13,3 ilə bərabər olub.

Ekspert əlavə edib ki, bazarda təqdim olunan avtomobillərin orta
illik köhnəlmə dərəcəsi 6,09 faiz təşkil edib:

“Yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 10,4 faiz, 5
ildən 10 ilədək olan avtomobillərdə 6,53 faiz təşkil edib”.

Bazarda qiymətlərin ucuzlaşmasını şərh edən ekspert bildirib ki,
bu, yanvar ayında qiymətlərin kəskin qalxmasından sonrakı
korreksiya ilə əlaqədardır:

“Yanvar ayında Bakının avtomobil bazarında orta qiymət 20,39
faiz qalxmışdı. Adətən bu cür kəskin qalxmadan sonra qiymətlər
stabilləşir və korreksiya baş verir”. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp