İllik hesabat Milli Məclisdə müzakirəyə çıxarılacaq
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli
koordinatorunun hesabatı Milli Məclisə daxil olub.
Publika.az APA-ya istinadən xəbər verir ki, hesabat parlamentin
aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli
koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi
gözlənilir.