Connect with us

Xəbərlər

Çörəklə spirtli içki yanaşı SATILMAYACAQ!

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Bursa şəhərində martın 31-dən etibarən
çörəklə spirtli içki yanaşı satılmayacaq.

Publika.az xəbər verir ki, Bursa şəhər
bələdiyyəsinin rəhbəri Alinur Aktaş spirtli içkilərin çörəklə
yanaşı satılması ilə bağlı xeyli şikayət aldıqlarını, bununla bağlı
iki il əvvəl verilən qərarın 31 mart 2018-ci ildən qüvvəyə
minəcəyini bildirib: “Sağlam gələcək nəsillər üçün övladlarımızı
pis vərdişlərdən qorumalıyıq”.

Bələdiyyə sədri eyni zamanda bu qərarla kiminsə şəxsi həyat
tərzinə müdaxilə etmədiklərini, əsasən uşaqların və gənclərin
spirtli içkilərdən uzaq tutulmasına çalışdıqlarını vurğulayıb.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

21 Avropa ölkəsi ABŞ-a qarşı 1 həftə içində…

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ hökuməti bu günə qədər 21 ölkədən Suriyaya hərbi qüvvə göndərməyi tələb edib.

Publika.az xəbər verir ki, bu iddia ABŞ-ın “Wall Street Journal” qəzetində yer alıb.

Jurnalın Amerikanın hərbi mənbələrinə istinadən verdiyi xəbərə görə, bu tələblərdən yarısına müsbət cavab verilməyib. Adı açıqlanmayan şəxslər bildirib ki, müsbət cavab verən ölkələr kiçik miqyasda hərbi qüvvə göndərməyə razı olub.

Məqalədə Tramp hökumətinin avropalı müttəfiqlərlə iki dəfə rəsmi görüş keçirdiyi, ABŞ nümayəndələrinin yanvar ayında İngiltərə, Almaniya, Fransa, Danimarka, Avstraliya, Norveç və Belçikanın paytaxtlarında səfərdə olduqları qeyd edilib. Bundan başqa, 14 Avropa ölkəsi ilə ötən həftə görüş keçirilib və bu ölkələrdən logistik dəstək, hərbi təlim və sabitliyin təmin olunması məsələlərində yardım istənilib.

Bir çox Avropa ölkəsi isə siyasi təzyiqə məruz qalmamaq üçün sadəcə İŞİD terror təşkilatı ilə mübarizəyə qatıla biləcəklərini deyib. Digərləri isə humanitar yardım mövzusunda dəstək nümayiş edə biləcəklərini ifadə ediblər.


ABŞ-ın Avropada axtardığı dəstəyi tapa bilməməsi diqqətləri Suriyanın şimal-şərqində təhlükəsiz bölgə mövuzusunda Türkiyə ilə apardığı danışıqlara istiqamətləndirib. Mənbələrin verdiyi məlumata görə, iki ölkə arasında gedən bu müzakirədə irəliləyiş qeydə alınıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında Suriyadan bütün Amerika əsgərlərinin çıxarılacağını açıqlamışdı. Rəsmi məlumata görə, ABŞ-ın Suriyada 2 min əsgəri var.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha sonra bu canlı qüvvənin kiçik bir qisminin ölkədə qalacağını və əksəriyyətinin NATO qüvvələrindən ibarət nəzarət mərkəzinin qurulacağını bildirmişdi.

Zümrüd

Continue Reading

Xəbərlər

Ermənilərdən SENSASİON ADDIM – Dəhşətli planlar üçün silahlı dəstə yaradıb HƏRƏKƏTƏ KEÇDİLƏR

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Özlərini 104 il öncə – 1915-ci il hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri adlandıran bir qrup erməni PKK/PYD terror təşkilatının himayəsi altında yenidən təşkilatlanıb.

Publika.az xəbər verir ki, daha əvvəl müxtəlif terrorçu qruplarla birlikdə fəaliyyət göstərən ermənilər bu dəfə öz taborlarını qurmağa cəhd göstərir.

Təxminən, 200 nəfərdən ibarət qrup 1915-ci il 24 aprel hadisələrinin ildönümü ilə əlaqədar bu gün fəaliyyətlərini elan edəcək. Terror təşkilatının yayım orqanlarının verdiyi məlumata görə, erməni qrupa Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orxan Bakırcıyan) adı verilib.

TƏRKİBİ

Taborun liderlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseki, Sərəkaniyə, Dırbəsiyə və Amudə kimi şəhərlərə dağılan erməniləri bir araya gətirən şəxsdir. Hər gün hərbi və psixoloji təlimlər keçən terrorçuların qaldığı qərargahın divarlarında qəribə yazılara və fotolara rast gəlinir. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı Əsənboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotolarını da təxribatları üçün istifadə edir.

HƏDƏFLƏRİ


Erməni terrorçular hədəflərinin Türkiyə olduğunu gizlətmir. Onlar qondarma erməni soyqırımının intiqamını alacaqlarını bildirirlər.

DAHA ƏVVƏL QARABAĞDA

PKK terror təşkilatı ilə ermənilərin radikal qrupları arasında münasibətlər bununla məhdudlaşmır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn PKK-çılar işğalçı qruplara dəstək vermişdi. Kandil və Qamışlıdan gələn briliklər Ağrı bölgəsindən Ermənistana keçmişdi. Göyçə (Sevan) gölü bölgəsindən PKK üçün ayrılan Vardenes düşərgəsində qonaq olan 400 nəfərlik qrup Qarabağda müharibənin alovlanması ilə birlikdə qaynar nöqtələrə göndərilmişdi.

MƏHV EDİLƏCƏKLƏR

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Fərat çayının şərqində PKK/PYD terror təşkilatlarının fəaliyyətinə son qoymaq üzrə Suriyada hərbi hərəkata başlaması təqdirində sözügedən erməni taborunun aqibətinin eynilə Afrində Türkiyəni təhdid etdikdən sonra məhv edilən “Beynəlxalq Tabor” kimi olması gözlənilir.

Zümrüd

Continue Reading

Xəbərlər

Bakıda 23 yaşlı qızın dəhşətli ÖLÜMÜ

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ötən gecə Bakı şəhər Yasamal rayonu Yeni Yasamal yaşayış massivində dəhşətli intihar hdisəsi baş verib.

Publika.az xəbər verir ki, saat 21 radələrində 23 yaşlı Firuzə Dadaşova özünüƏsəd Əhmədov küçəsində yerləşən və alimlər binası kimi tanınan çoxmərtəbəli binadan atıb. O, hadisə yerindəcə keçinib.

Yaxınlarının bildirdiyinə görə, gənc qız gözəllik salonunda işləyib və borcunun olmasına görə həyatına son qoyub.


Bəzi iddialara görə isə, F.Dadaşovanı işlədiyi yerin sahibi sıxışdırıb və onu oğurluqda ittiham edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Continue Reading

ən çox oxunanlar