Britaniyalı diplomatlar Rusiyadan qovuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyadan deportasiya edilən Böyük Britaniya
diplomatları səfirlikdən ayrılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, 23 diplomat ailəsi ilə birlikdə Rusiyanı tərk
edib.

Qeyd edək ki, Böyük Britaniya diplomatlarının deportasiyası
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey
Skripalın zəhərlənməsi işi üzrə Londonun Moskvaya qarşı atdığı
addımlara cavabdır.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə
casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey
Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum
maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa
Rusiyanı ittiham edib və martın 14-də 23 Rusiya diplomatının
deportasiya edilməsinə qərar verib.

Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı
Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından
sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin
sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının
Rusiya laboratoriyalarının yoxlamalar keçirməsinə dair tələbin
göstəricisi ola bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın
xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə
ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici
Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa
edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə,
Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci
ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta
işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları
verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları
vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum
etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən
casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da
saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük
Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə
qədər sakit həyat tərzi sürürdü.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir