Bir çox xəstəlikləri məhv edən və cavanlaşdıran TƏBİİ ŞİRƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çuğundur, kök və alma şirəsi sağlamlıq üçün çox
faydalıdır. Çünki o, qanı təmizləyir, orqanizmi detoksifikasiya
edir və arıqlamağa kömək edir. Bu meyvə və tərəvəzlərin şirəsi
bədənə bütün gün ərzində gümrahlıq hissi verir və bir çox
xəstəlikdən qoruyur.

Publika.az oxucuları bu heyranedici və faydalı
içkinin resepti ilə tanış edir.

A Vitamini

Kök A vitamini ilə zəngindir, bu vitamin görmə qabiliyyətini
yaxşılaşdırır və immuniteti artırır.

В6 vitamini

Çuğundur В6 vitamininin zəngin mənbəyidir. Onda metabolizmi və
neyrotransmitterov sintezi üçün lazım olan amin turşuları var.

B9 vitamini

Çuğundur və kökün tərkibinə daxil olan bu vitamin fol turşusu
kimi də tanınır.

C vitamini

Hər üç inqrediyentin tərkibində çoxlu C vitamini daxildir. O,
immun sistemini artırır, bir çox xəstəliyin, hətta xərçəngin
qarşısını alan güclü antioksidant sayılır. Çuğundur, kök və alma
şirəsi həmçinin həzmi yaxşılaşdıran sellüloz da ehtiva edir.

Bu təbii içkinin üstünlüyü nədir?

Qadın sağlamlığını yaxşılaşdırır

Bu içki menstruasiya ağrılarını sakitləşdirir, ağrılı
qıcolmaları və digər premenstrual sindrom əlamətlərini azaldır. O,
həmçinin orqanizmi dəmirlə təmin edir və menstrual tsiklin zamanı
yorğunluğu aradan qaldırır.

Ürək və qan damarlarını qoruyur

Kök şirəsində olan fitonutrientlər, alfa, beta-karotin və
lyutein ürək sağlamlığına görə cavab verir. Alma pis xolesterinin
səviyyəsini aşağı salır, qan təzyiqini tənzimləyir və ürəyi
qoruyur, çuğundur şirəsi isə damarların elastikliyini artırır və
xolesterin səviyyəsini azaldır.

Dəri sağlamlığını yaxşılaşdırır

Bu təbii cövhər dərinin vəziyyətini yaxşılaşdırır, qara nöqtə və
sızanaqları müalicə edir. O, dərini müxtəlif xəstəliklərdən,
iltihablanmadan, virus, bakterial infeksiya və allergiyadan qoruyan
güclü xüsusiyyətlərə malikdir. İçki dərinin elastikliyini bərpa
edir, dərinin zədələnməsi aradan qaldırır, eləcə də qırışların
yaranmasını ləngidir və tədricən qarşısını alır.

Görmə qabiliyyətini yaxşılaşdırır

Bu şirə qızarmış, quru və yorğun gözlərin öhdəsindən gəlməyə
sizə kömək edəcək. O, həmçinin görmə qabiliyyətini yaxşılaşdıracaq
və göz sağlamlığı dəstəkləyəcək.

İnqrediyentlər:

1 çuğundur

1 kök

1 alma

Hazırlanma qaydası və tətbiqi:

Alma, kök və çuğunduru yaxşıca yuyun, amma qabıqlarını soymayın.
Xırda hissələrə bölüb blenderdən keçirin.

Hazırlanmış içkini səhər acqarına için, yalnız səhər yeməyini
bir saatdan sonra yeyin. Bu 3 inqrediyentdən hazırlanan içkinin
tərkibində enerji mənbəyi olan şəkər var odur ki, şirəni səhər
içmək tövsiyə olunur. İçkini səhər yeməyindən əvvəl və axşam
yatmazdan 5 saat əvvəl olmaqla gündə iki dəfə içə bilərsiniz.

Müalicə müddəti insandan asılıdır. Bəzi hallarda bir ay bəs
edir, bəzi adamlara isə bu təbii şirəni 3 ay ərzində içmək tövsiyə
olunur.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp