Atadan QANDONDURAN CİNAYƏT: 3 aylıq körpəsini yerə çırpdı, qolunu sındırdı…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

26 yaşlı kişi üç aylıq qızını vəhşicəsinə döyərək
ölümcül hala salıb.

Publika.az xəbər verir ki, dəhşətli hadisə
Ukraynada baş verib. 26 yaşlı kişi evdə 3 aylıq qızı ilə tək olub.
Uşaq ağlamağa başlayıb. Uşağı sakitləşdirməyə çalışan kişi buna
nail ola bilmədiyini görüb və uşağı 2 dəfə qucağına alaraq yerə
çırpıb. Qolundan tutub çarpayıya fırladanda qolunu çıxarıb.

Həyat yoldaşı evə gəldiyində gördüyü mənzərənin qarşısında şoka
düşüb. Təcili uşağı xəstəxanaya aparan qadının polisə ifadəsi hər
kəsi dəhşətə gətirib. Qadın ərinin ona təcavüz etdiyini deyib:
“Mənə təcavüz edib. Övladıma ziyan vurmayacağı təqdirdə, bunu
polisə deməyəcəkdim. Amma qızım artıq ölüm ayağındadır. Daha onunla
eyni yerdə qala bilmərəm. Mənə kömək edin”.

Müayinə zamanı uşağa qapalı kəllə-beyin travması diaqnozu
qoyulub. Bundan başqa, bədənində çoxsaylı zədələr, sümüklərin
sınığı aşkarlanıb. Uşağın daha əvvəl də şiddətə məruz qaldığı və
omba sümüyünün sındığı məlum olub. Hazırda uşaq reanimasiyada
saxlanılır və vəziyyəti ciddiliyini qoruyur.

Polis faktla bağlı cinayət işi açıb. 26 yaşlı kişi şübhəli şəxs
qismində saxlanılıb. Onu 8 il həbs gözləyir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp