müsəlman ölkəsində 11 il öncə olan olayın SİRRİ AÇILDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriyada 11 il əvvəl hazırlanma mərhələsində olan nüvə
reaktorun vurulmasını İsrail ordusu həyata keçirib.

Publika.az xəbər verir ki, 11 il əvvəl baş
vermiş və bütün dünya mediasını sarsan hadisənin görüntülərini
yayan İsrail ordusu hücumun onlar tərəfindən gerçəkləşdirilidiyini
etiraf edib. Həmin hadisənin videomateriallar və fotoşəkillər
mediayada tirajlanıb.

6 Sentyabr 2007-ci ildə Suriyanın paytaxtı Dəməşqin 450 kilometr
şimal-şərqində, Deyr Əz Zor bölgəsində yerləşən tikilməkdə olan
nüvə reaktorunun ilin sonunda fəaliyyətə başlamsı gözlənilirdi.
Lakin kompleksi o zaman vurulmuşdu. Amma nüvə reaktorunu kimin
vurduğu sirr kimi qalırdı. Bu gün isə İsrail həmin olayın
fotolarını yayaraq nüvə raktorunu vuran “8 F-15” təyyarəsinin
onlara məxsus olduğunu açıqlayıb.

İsrail Suriyaya nüvə reaktoru inşa etmək üçün Şimali Koreyanın
dəstək verdiyini də iddia edib.

Suriyanın Hava Qüvvələri Komandiri General-mayor Amikam Norkin
2007-ci ildə havadan endirilən zərbələrdə İsraili
günahlandırdıqlarını və o olaydan sonra həmin ərazilərin İŞİD
terror qruplaşmasının nəzarətinə keçdiyini bildirib.

İsrailin 11 il sonra belə bir etiraf etməsi isə dünya mediasını
bir-birinə vurub. 11 il sonra İsrailin bu sirri açması İrana təhdid
mesajı kimi də qiymətləndirilir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp