FHN Şəkidəki ağır qəza ilə bağlı məlumat yaydı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyimartın 19-da Şəkidə baş vermiş
ağır qəza ilə bağlı məlumat yayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı
Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı
ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış
vəziyyətdə qalmış 2 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə
təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir