Novruz bayramı tədbirləri ləğv edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Şimali İraq kürd muxtariyyətinin ən böyük əyalətlərindən
olan Süleymaniyyədə üç günlük matəm elan edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, qərarın “Zeytun budağı” hərəkatının gedişatında Suriyanın
Afrin bölgəsinin Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun
əlinə keçməsi ilə əlaqədar verildiyi bildirilir.

“Afrində baş verən hadisələrlə əlaqədar Süleymaniyyədə üç günlük
matəm elan edilib və Novruz bayramı ilə bağlı bütün tədbirlər ləğv
edilib”, – əyalətin valisi Hafal Əbubəkrin yazılı bəyanatında
deyilir.

Qeyd edək ki, Afrin şəhəri dünən azad edilib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir