“Sən şərəfsiz yaşamağı ölümdən üstün tutdun”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

O, rus agentidir və bunu bilən MTN onu ikili agent edib.
Bu günkü söyüş sifarişlərini də keçmiş boslarından
alır.

Bu sözləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin
Orduxanlı son zamanlar Fransada yaşayan və insanları açıq şəkildə
təhqir edən Vidadi İsgəndərli ilə bağlı
Publika.az-a açıqlamasında bildirib.

Niyaməddin Orduxanlının sözlərinə görə, Vidadi İsgəndərli
növbəti dəfə “mənəviyyat dərsi” keçmək fikrinə düşüb və BAXCP
lideri Qüdrət Həsənquliyev də daxil olmaqla, çoxlu insanı təhqir
edib: “Bu adamın hansı mənəviyyatın sahibi olduğunu deyim: Vidadi
özü etiraf edir ki, həbsdə olanda Qüdrət bəy ona həbsxanaya pul
göndərirmiş. Allah da bilir ki, Qüdrət bəy pulu onun ailəsinə
verirdi. Heç yerdə işləməyən onun xanımı iki qız uşağı ilə köməksiz
qalmışdı. Tutaq ki, Vidadi düz deyir. Darda olanda ona kömək etmiş
bir adamı namussuz formada təhqir etmək hansı mənəviyyata sığır?
Ölüm ayağında olan qardaşı Qalib bəyi təcili yardımla Göyçaydan
Bakıya kim gətizdirdi. Onun müalicə xərclərini kim ödədi?! Ay
mənəviyyatdan danışan. Qüdrət bəyin qapısının ağzında boynunu burub
dayanmışdın, onun qəbulunda başqa adam var idi. Salamlaşdıq, dedin
ki, ölüncə Qüdrət bəyə borcluyam. Qalibə dedim ki, qızlarının
ikisini də Qüdrət bəy işə düzəltdi. O da dedi ki, Vidadi sən ölüncə
Qüdrət bəyə borclu olmalısan. Bundan sonra əllərini göyə qaldırıb
ilahi çox şükür deyib əbədi gözlərini yumdu. İndi ləyaqətsizcəsinə
onu təhqir edirsən. Qüdrət bəy sənin anan, bacın və qardaşların
haqqında həmişə xoş sözlər deyib. Qüdrət bəy əqidəsini satmışdısa,
ata əvəzi dediyin İsfəndiyar bəy uzun müddət BAXCP İdarə Heyətinin
üzvü olub. Onun oğlu Orxan bəy uzun müddət Qüdrət bəyin köməkçisi
olub. Onda belə çıxır ki, Qüdrət bəyə dediklərini böyük qardaşına
da deyirsən. Bundan başqa necə kişisən ki, bu gün haqında min söz
dediyin Qüdrət bəydən xahiş edib, bacın qızını Qüdrət bəyin yanında
işə düzəltmişdin.Qardaşın və bacın oğlunu kim işə düzəltmişdi?!
Başqa qardaşının qızını kim işə düzəltmişdi və təhsil haqqını kim
verirdi, Qüdrət bəy. Bu namussuzluğuna görə Allah cəzanı verib və
bundan da ağırını verəcək!

Əqidə satmaqdan danışırsan. Həbsdən çıxandan sonra Əli Kərimlini
niyə söyməyə başladın? Bahalı avtomobili hansı pullarla aldın? Elə
bilirsən camaat çörəyi qulağına yeyir? Bir gün şikayətə gəlmişdin
ki, deputatlardan birinin bacısı Göyçayda danışır ki, Vidadi
satılıb. Sən o qədər ləyaqətsiz adamsan ki, qardaşının yası üçün
Qüdrət bəyin verdiyi pulu basıb yemişdin, qardaşının ailəsinə bir
qəpik də verməmişdin. Biz bunu təsadüfən ailə üzvülərindən
öyrəndik. Rəhmətlik Qalibin yoldaşı və qızları dəfələrlə Qüdrət
bəyin yanına gəlib və o həmişə sənin ailənə kömək etmək üçün nə
bacarıbsa edib. Qüdrət bəy həmişə insanlara ikinci şans verməyin
tərədarı olub və ailənə görə sənə belə bir şans verdi, amma o
bilmirdi ki, sən türmədə artıq ləyaqətini itirmisən. Hansı ki,
bunun səbəbini Mədət Quliyevdə gördüyündən bu gün onun da haqqında
ağzına gələni danışırsan. Qüdrət bəy bu gün də təəssüf hissi
keçirir ki, elə bir ailədən sənin kimi bir ləyaqətsiz çıxıb.
Qohumlarının işdən çıxarılmasından danışırsan, özün də bilirsən ki,
sən əxlaqsız davranışınla buna səbəb olmusan. Qüdrət bəyə qarşı
çıxmağın isə onun səni qovması ilə bağlıdır. O artıq bilirdi ki,
sən rus agentisən və bunu bilən MTN səni ikili agent edib. Bu günkü
söyüş sifarişlərini də keçmiş boslarından alırsan. Sən gərək başına
güllə vurardın, amma Qüdrət bəyə qarşı bu əxlaqsızlıqları etməzdin.
Amma sən şərəfsiz yaşamağı ölümdən üstün tutdun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp