Dənizdə batan balıqçılar xilas edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə
əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli,
“Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti
tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin
“Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi
barədə müraciət edilib.

DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a
verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub
istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə
saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları
ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş
axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati
və texniki nasazlıq sə­bəbidən sahildən 10 km məsafədə dənizdə
qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına
başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən
çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan
qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas
edil­miş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov
Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları
müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir