Alp dağlarının ətəyində qeyri-adi ada



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yer alan
Bled adasının bənzərsiz gözəlliyi hər kəsi heyran
edir.

Publika.az Trend-ə istinadən xəbər verir ki,
mənzərəsi ilə hər kəsi heyran edən Bled gölü və gölün ortasındakı
eyniadlı ada paytaxt Lyublyanadan təqribən bir saatlıq məsafədə
yerləşir.

Bled gölü Buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən
Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar
edilməyib.

Adada bir kilsə və 99 pillədən ibarət pilləkən var. Bəyin gəlini
bu 99 pilləni qucağında qaldırmasının yeni cütlüklərə xoşbəxtlik
gətirəcəyi ilə bağlı inanc var.

Hazırda Bled gölü və adası Sloveniyaya gələn turistlərin ən çox
üz tutduğu yerlərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp