DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yaydı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun
qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Publika.az-ın məlumatına görə, bildirilir ki,
11 mart 2018-ci il tarixində saat 9:00 radələrində Bakı-Qazax
avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53
markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford
Tranzit markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər
xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə
orta-ağırdır.

Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax
şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və
qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və
valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata
keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir