İranın Londondakı səfirliyinə hücum



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 9-da İranın Londondakı səfirliyi hücuma məruz
qalıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bir neçə nəfər səfirliyin eyvanına soxularaq İranın
dövlət bayrağını çıxarıb və özləri ilə gətirdikləri iki bayraqla
əvəzləyiblər.

İnsidentlə əlaqədar polis tərəfindən 4 nəfər saxlanılıb.

Faktı təsdiqləyən İranın Böyük Britaniyadakı səfiri Həmid
Baidinecat bildirib ki, hadisəni törədənlər “britaniyalı şiələr”
sektasının üzvləri olub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir