Türkiyədə vergi idarəsinə bomba belə yerləşdirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə paytaxtında yerləşən Ankara Vergi İdarəsinin
binasına partlayıcı qurğunun yerləşdirilməsinin yeni görüntüləri
üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Polis Baş İdarəsi və
Ankara Polis İdarəsi ərazidəki təhlükəsizlik kameralarının
görüntülərinə əsaslanaraq şübhəli şəxsin özü ilə gətirdiyi çantanı
vergi idarəsinin girişinə qoyduğunu açıqlayıb. Həmin video bu gün
internetə yerləşdirilib.

Hücum edən şəxs 1991-ci il Mardin vilayəti doğumlu Ersen
Ertoğandır. Onun PKK-nın düşərgələrində təlim aldığı deyilir.

Qeyd edək ki, fevralın 1-də axşam saat 20:03 radələrində baş
verən hücum zamanı 4 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp