Natavan Həbibi Dado ilə BARIŞDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Müğənni Natavan Həbibi ilə reper həyat yoldaşı Dado
(Səid Əliyev) ilə barışıb.

Publika.az xəbər verir ki, bu barədə Dado
instaqram səhifəsində məlumat verib. Dado həyat yoldaşı Natavan
Həbibi ilə qucaqlaşdığı şəkli paylaşıb və “Bayramın mübarək, Nat”
şərhini yazıb. O, paylaşıma xanımının instaqram hesabındakı adını
da işarələyib.

Xatırladaq ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın
əvvəlində öz instaqram hesabında elan etmişdi. Bu hadisədən bir
neçə həftə sonra aparıcı Zaur Kamal onların barışıq videosunu
paylaşmışdı.

Fevralın əvvəlində isə ATV kanalında yayımlanan “Zaurla
Günaydın” verilişində qonaq olan Natavan Həbibi həyat yoldaşı ilə
birdəfəlik ayrıldığını demişdi.

Natavan Həbibi məsələ barədə heç bir münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir